ALTIAYLIQ ŞƏHİD ŞƏBEH TAM VERSİYA
"ALTIAYLIQ ŞƏHİD" ŞƏBEH-TAMAŞA (TAM VERSİYA) Rusiyada Həzrət Fatiməyi-Zəhra (ə) hüseyniyyəsində keçrilmiş Ümumdünya Əli Əsğər Ağa (ə) Günü mərasimi "Altı aylıq şəhid" adlı şəbeh-tamaşa В России отмечено Всемирный День Али Аскера (а) 06.01.1441/06.09.2019 Rusiyada Ümumdünya Əli Əsğər Ağa (ə) Günü qeyd olunub 06 Məhərrəm 1441 - 06 Sentyabr 2019 Rusiyada Ümumdünya Əli Əsğər Ağa (ə) Günü qeyd olunub 06 Məhərrəm 1441 - 06 Sentyabr 2019 Məhərrəm ayının ilk cümə günü Ümumdünya Əli Əsğər Ağa (ə) Günü kimi qeyd olunur. "Hüseyniyyə TV" xəbər verir ki, bu münasibətlə Moskva Şiələrinin Dini Təşkilatının dəstəyilə Rusiya paytaxtı Moskva şəhərində analar və körpə balaları üçün mərasim təşkil olunub. Moskvadakı Həzrət Fatiməyi-Zəhra (ə) hüseyniyyəsində təşkil olunan mərasimə onlarla ana öz südəmərləri ilə qatılıblar. Ustad Firuği mərasim iştirakçıları qarşısında çıxış edərək Kərbəla hadisəsində fədakarlığın dərəcələrindən söhbət edərək altı aylıq şəhidin ağır anlarından danışıb. O, Rusiyada da bu ənənənin yaşadılmasını yüksək qiymətləndirərək qeyd edib ki, Əhli-beyt (ə) davamçıları dinin yaşaması üçün imamları İmam Hüseyn (ə) kimi hər cür fədakarlığa hazır olmalıdırlar. Moizə əsnasında zikri-müsibət edən ustad Kərbəlanın altı aylıq şəhidi Əli Əsğər Ağanın (ə) və atası İmam Hüseynin (ə) ağır, məşəqqətli anlarını yad edib. Davamında "Altı aylıq şəhid" adlı şəbeh-tamaşa nümayiş etdirilib. Əhli-beyt (ə) məddahı Hacı Mubin Cahangirovun şeir və növhələri ilə müşayiət olunan tamaşa azyaşlı tamaşaçılar və anaları tərəfindən hərarətlə qarşılanıb. Tamaşanın finalında Həzrət Rüqəyyənin (ə) Əli Əsgərin (ə) beşiyi önündə bəyanı südəmərlər analarını mütəəssirləndirdi. Hacıxanım Xanım Əliyevanın rejissorluğu ilə səhnələşdirilmiş şəbehin ardınca yeniyetmələrdən ibarət "Bəyyinə" təvaşir qrupu tamaşaçılar qarşısında surud və mərsiyyələr səsləndirib. Mərasim Əhli-beyt (ə) məddahı Hacı Həsən Fəthinin rövzə və mərsiyyələri ilə başa çatıb. Ümumdünya Əli Əsğər Ağa (ə) Günü dünyanın bi sıra ölkələrində qeyd olunur. Bu gün analar öz südəmər körpələri ilə bu mərasimlərə qatılmaqla İmam Hüseynin (ə) Kərbəlada şəhid olan altı aylıq şəhid körpəsinin matəmnə şərik olduqları bildirir, İslam uğrunda gərəkirsə, öz südəmərlərini də fəda etməyə hazır olduqlarını bəyan edirlər. Hüseyniyyə TV
Название:
ALTIAYLIQ ŞƏHİD ŞƏBEH TAM VERSİYA
Категория:
Религия