#рамадан #ramazan Ramazan Teqvimi 2021
Şübhəsiz, insan orqanizminin ən mühüm tələbatlarından biri də yeməkdir. Lakin nəzərə almaq lazımdır ki, yeməyə çox aludə olmaq nəinki xeyirli, əksinə, çox zərərlidir. Hədislərdə buyurulur ki, normadan çox yemək qəlbi daşlaşdırır, şəhvət hissini gücləndirir və insanı Allaha ibadətdən uzaqlaşdırır. Həzrət Məhəmməd Peyğəmbər (s) buyurmuşdur: "Çox yemək bütün dərdlərin mənbəyi, az yemək isə dərmanların ən əsasıdır". Ona görə dinimiz müsəlmanları az yeməyə, aclıq hiss etmədən yeməməyə, süfrədən yarıtox halda qalxmağa çağırır. Bu baxımdan deyə bilərik ki, bəzi xəstəlik və bəlaları məhz oruc vasitəsilə sağaltmaq olar. Ramazan ayı sanki müsəlmanın bir aylıq müalicə kursudur.
Название:
#рамадан #ramazan Ramazan Teqvimi 2021
Категория:
Разное