S.Ə.CİDDİ:"SƏRDAR SÜLEYMANİ HAQDA YAYILAN YALANLAR QARABAĞA XƏYANƏTDİR" CÜMƏ XÜTBƏSİ 10.01.2020
HACI SABİR ƏKBƏRİ CİDDİ: "SƏRDAR SÜLEYMANİ HAQDA YAYILAN YALANLAR HƏM AZƏRBAYCANA, HƏM QARABAĞA, HƏM İRANA, HƏM DƏ BÜTÜN ŞƏHİDLƏRƏ ZÜLMDÜR" CÜMƏ REPORTAJI/FOTO - 10.01.2020 "Fatimiyyə"də 10 yanvar 2020-ci il tarixli cümə namazı Ayətullah Seyyid Əli Xameneyi cənablarının Rusiya nümayəndəsi höccətülislam-vəlmüslimin Hacı Sabir Əkbəri Ciddinin imamətilə qılınıb. "Fatimiyyə TV" xəbər verir ki, zöhr azanının oxunmasilə xütbələrə başlayan S.Ə.Ciddi İslam "İslam iqtisadiyyatında ticarət" bəhsini davam etdirib. Cümə xətibi söhbət əsnasında vurğulayıb ki, müdir-işçi, sahibkar-işçi və sair münasibətlərdə İslam şəriətinin normaları gözlənilmədikcə, burada da ədalət gözləmək olmaz. İkinci xütbənin əvvəlində Hacı Sabir Əkbəri Ciddi Əyyami-Fatimiyyə (sə), həmçinin Sərdar Qasim Süleymani və silahdaşlarının şəhadəti münasibətlə möminlərə başsağlığı verib, sonra Rusiyada keçiriləcək əza mərasimlərindən danışıb. Davamında general Şəhid Qasim Süleymaninin şəhadətindən sonra aparılan yalan antitəbliğa toxunaraq yayılan yalanları iki ölkə xalqına zülm olduğunu bildirib: "İran cavab tədbirinin başlanğıcı kimi bu zərbələrlə Amerikanın qüdrətini sarsıtdı. İkinci dünya müharibəsindən sonra nəinki Amerika bazalarına zərbə endirilmiş, ona heç bir kəlmə irad edən olmamışdı. İran bununla bölgə ölkələrinə bir mesaj verdi ki, özünü qoruya bilməyən ABŞ sizi necə qoruyacaq?! Həm İranın, həm də Sərdar Sülmeymanin Azərbaycanın haqq işinə verdiyi töhfələr ortadadır. Bu barədə sadəcə 2 dəqiqəlik videomaterial yayılıb ki, bütün bu yalanları ifşa etmək qüdrətindədir. Azərbaycanın Qarabağ müharibəsində etdiyi yardımlara aid əlimizdə 2000 dəqiqəlik video material var, İran bunları yayınlasa, necə olacaq?!". Xütbələrdən sonra namazlar qılıb, cəmən edilən dualarla cümə namazı başa çatıb. Fatimiyyə TV FOTOLAR: https://www.facebook.com/media/set/?set=a.817627638698204&type=3&__xts__%5B0%5D=68.ARDQGVL75FQ-rquf-e8aXTsSICka_ym-h0YQAv6XNP7-r26VsGamLtO21QI8J3aS3WAkwfFXxZ_Kt-zfCeQZzbhyN66KcAFvG8bZfGjGV6DyVPi6jxJlpQVoSPJx3jkR4riHWA7xd5MTr4MWeasIe7APnTPbZ2G1QkCY4hUW1ALEuxibEfx-x4dqzSB1pBs2FzGcoArlEILLd44DTCWmExfrIErotNhXKj3OWVAC512zFkEYbh9VrcIlZb-2H6Cxpd5Co2I15lffkZwfWfWIlrIqtrIntQZ95aMFUnvZM1WgCRTIE8530OSzGeb15mQrIXH2TttM20dfTg-5yzxCYVKeuB9DTq5W84v3nMf86cwWoqv2XP9mk8hXg25MKhxmrt_KudhAiNccG5ztEtuQPPyjVqlqFCPaUzRFHQJRl0GUWa9moLVFj5dM0cUlW1p3Vj8X46UD-bYfY44i1w&__tn__=-UC-R
Название:
S.Ə.CİDDİ:"SƏRDAR SÜLEYMANİ HAQDA YAYILAN YALANLAR QARABAĞA XƏYANƏTDİR" CÜMƏ XÜTBƏSİ 10.01.2020
Категория:
Религия